Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.
Hit.az xəbər verir ki, onu kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdirıb.
O.Mürsəlov ona göstərilən etimada görə minnətdarlığını bildirib.
Qeyd edək ki, O.Mürsəlov avqustun 11-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.