Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı - VİDEO

SİYASƏT
10:35 / 26.08.2022
946

Xəbər verdiyimiz kimi, bazar ertəsi günü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına baş çəkib, obyektin erməni istismarçıları ilə görüşüb.

Hit.az xəbər verir ki, görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı BBC News Azərbaycancaya səfərin məqsədi və nəticələri haqqında danışıb.

Adil Qafarlı deyib ki, bu səfər heç də onların qurumundan Sərsəng su anbarına ilk səfər olmayıb və əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi, məhsuldar görüş keçib.

Suvarma üzrə mütəxəssis bildirib ki, razılaşmaya görə indidən sonra hər 15 gündə bir Azərbaycan tərəfindən ekspertlər Sərsəngə səfər edəcək və onun işləməsində su anbarının erməni istismarçıları ilə əməkdaşlıq edəcəklər.

0