Ordumuz bir neçə yeni mövqe əldə edib - Hərbi ekspert

SİYASƏT
09:41 / 13.09.2022
1474

Ermənistanın davam edən təxribatları sonunda Azərbaycan Ordusunu ona adekvat və daha təsirli cavab verməyə məcbur etdi.

Bu sözləri Axar.az-a Ermənistanın Daşkəsən, Laçın və Kəlbəcər istiqamətində törətdiyi genişmiqyaslı təxribatı şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin böyük itkilər verdiyini bildirib:

“Şanlı Ordumuz düşmənin təxribat törədən bölmələrinin yerləşdiyi mövqelərinə və atəş mövqelərinə cavab zərbələri endirdi. Endirilən zərbələr nəticəsində düşmən ciddi itkilərə məruz qalıb. Hazırda düşmənin bir neçə döyüş texnikası, o cümlədən radiolokasiya stansiyası, S-300 kompleksləri məhv edilib və onlarla canlı qüvvə itkisi mövcuddur. Ordumuzun bir neçə yeni mövqe əldə etdiyi də şübhəsizdir. Eyni zamanda düşmənin Qafanda yerləşən bir hərbi hissəsi də darmadağın edilib”.

0