Erməni qubernator: Ölü sayını deyə bilmərəm, yaralılar isə...

SİYASƏT
09:37 / 14.09.2022
706

Son sərhəd toqquşmasında Ermənistan silahlı qüvvələrinin itkiləri haqda rəsmi açıqlama hələ də verilməyib.

Hit.Az axar.az-a istinadən bildirir ki, erməni jurnalistlər bu sualla Göyçə vilayətinin qubernatoru Karen Sərkisyana müraciət edib.

"Ölənlərlə bağlı məlumatı deyə bilmərəm, onu Müdafiə Nazirliyindən soruşun. Yaralıların sayı isə 80 civarındadır", - o bildirib.

Qeyd edək ki, erməni teleqram kanalları Ermənistan ordusunun son sərhəd toqquşmasında itkilərinin sayının 400-ə çatdığı haqda qeyri-rəsmi mənbələrə istinadla məlumat yayıb.

0