Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfərə gəldi

SİYASƏT
10:54 / 26.09.2022
980

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

HİT.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, 2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.

0