Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
HİT.az “Novosti Azərbaycan” Telegram kanalına istinadən xəbər verir ki, qeyri-formal görüş bu gün “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.
Müzakirələrə Macarıstanın Baş naziri Viktor Orban, daha sonra isə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.