Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib - RƏSMİ

09:57 / 12.10.2022
1787

"Gəncə terroru Vətən Müharibəsində məğlub olan ermənilərin acizliyidir".

HİT.az xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, erməni tərəfi acizliyindən Gəncəyə raket zərbələri endirib.

"Bu işlərlə bağlı biz 3 cinayət işi başlamışıq və həmin bu hərbi-siyasi tapşırığı verən, icra edən şəxslər müəyyən olunublar. Onları beynəlxalq axtarışa vermişik. Gec-tez onların, məsuliyyətə cəlb edilməsinə nail olacağıq".

0