"Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib. Ağdam və Xocalıda səngər qazmağa cəhd etdilər, buna paralel olaraq, müxtəlif ərazilərdə Azərbaycan ordusunu atəşə tuturlar. Bu gün də (dünən-red.) Füzuli istiqamətində atəş açıblar".
Hit.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun fikrincə, bunun arxasında Rusiya dayanır:
"Təxribatların intensivləşməsində məqsəd aydındır: Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya "dövlətcik” performansı sərgiləyirlər. Və şübhəsiz ki, tətiyi çəkən separatçılar olsa da, silah Rusiyanındır. Hərçənd, Fərrux və "Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir. Bu təxribatların da bir cavabı olacaq".