Demokratik İslahatlar Partiyası Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasına dəstək verib.
HİT.az xəbər verir ki, partiyanın bu barədə yaydığı bəyanatda deyilir:
"İctimai fəalların Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki "Qızılbulaq" və "Dəmirli” faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı etiraz aksiyasını dəstəkləyirik.
Azərbaycan ərazilərindəki ekoloji terrora və talançılığa təcili olaraq son qoyulmasını tələb edirik! Rusiya sülhməramlı kontingentinin bu istiqamətdəki fəaliyyətsizliyini qətiyyətlə pisləyir, onları Azərbaycan tərəfinin rəsmi qurumların birgə monitorinqi ilə bağlı haqlı tələbini yerinə yetirməyə çağırırıq!”