BMT-də çalışan azərbaycanlı gəncə yeni vəzifə verildi

SİYASƏT
12:11 / 09.01.2023
723

Macarıstanın paytaxtı Budapeştdə yerləşən BMT-nin Terrorla Mübarizə Agentliyində Proqram Meneceri vəzifəsində çalışan Vüqar Allahverdiyev həmin qurumun Filippinin paytaxtı Manilada yerləşən cənub-şərqi Asiya üzrə regional nümayəndəliyinin rəhbəri təyin edilib. 

HİT.az xəbər verir ki, hazırki təyinata qədər Vüqar Allahverdiyev BMT-nin Azərbaycandakı nümayəndəliyində, eləcə də Nyu-York şəhərindəki baş qərargaı və Budapeştdə müxtəlif məsul vəzifələrdə çalışıb.

Peşə fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayan Vüqar Allahverdiyev 2014-cü ildə BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri olaraq peşə fəaliyyətini davam etdirmişdir. 2021-ci ildən etibarən həmyerlimiz BMT-nin Terrorla Mübarizə Agentliyinə təyinat almış ilk Azərbaycan vətəndaşı olaraq qurumdakı vəzifəsi çərçivəsində terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik etmişdir.

BMT-nin Terrorla Mübarizə Agentliyi qlobal səviyyədə terrorizm və ekstrimizmə qarşı mübarizə sahəsində ölkələrin potensialının gücləndirilməsi və bu istiqamət üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsini təmin edir.

0