"Azərbaycan 44 günlük erməni faşizmi üzərində tarixi Zəfərdən sonra yeni bir mərhələyə qədəm qoyub"

SİYASƏT
10:35 / 23.01.2023
1087

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 24 Dekabr 2022 - ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdışın yol xəritəsini açıqladı. Vandal ermənilər zaman - zaman güc mərkəzlərinin hərtərəfli köməyi ilə torpaqlarımızı işğal edib, orada minilliklər boyu yaşayan soydaşlarımızı qətlə yetirərək, soyqırım törədərək, onları departasiya edərək məskunlaşmanı həyata keçirtmiş, özünün saxta dövlətini yaradıb. 

Artıq Azərbaycan 44 günlük erməni faşizmi üzərində tarixi Zəfərdən sonra yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə təkcə onilliklər boyu torpaqlarımıza göz dikib onu işğal edən barbar erməniliyin qarşısını alıb ona ciddi, sarsıdıcı zərbə vurmaqla kifayətlənmədik, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid Silahlı Qüvvələrimiz tarixi torpaqlarımızın bütövləşməsinin təməlini qoydular.

Bu təməlin şəriksiz müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Xalqıdır. Artıq Qərbi Azərbaycana Böyük Qayıdışın əsası qoyulmuşdur. Tam əminik ki, tarixi torpaqlarımıza tezliklə qayıdaraq, orada uyuyan ulularımızın məzarını ziyarət edəcək, ruhlarına dualar oxuyacağıq. 

Qərbi Azərbaycana Qayıdışa Dəstək Qrupu yaradaraq biz də belə bir platformada vətəndaş mövqeyimizi və xidmətimizi həyata keçirtmək niyyətindəyik. Ümidvarıq ki, bütün soydaşlarımız Böyük Qayıdışın ətrafında birləşəcək və prosesdə fəal iştrak edəcəkdir.

Müqəddəs Yolumuz Açıq olsun. Amin! 

Günay Ağamalı
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələlər üzrə müşaviri

0