Tehrandakı səfirliyimizdə nə baş verib? - XİN məlumat yaydı

SİYASƏT
10:42 / 27.01.2023
911

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

XİN-in Mətbuat xidməti idarəsindən HİT.az-a verilən xəbərə görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Bildirilib ki, səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

“Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Allah şəhidimizə rəhmət eləsin!”, - qeyd olunub.

0