Vardanyan Moskvaya necə qaçıb? - ŞƏRH

SİYASƏT
11:45 / 08.02.2023
2524
Ermənistan mətbuatının yazdığına görə, özünü Xankəndidəki separatçı rejimin "dövlət naziri” kimi təqdim edən rusiyalı milyarder Ruben Vardanyan Moskvaya qaçıb. Məlumata görə, Vardanyan Moskvaya adi qaydada getməyib, o, Rusiya paytaxtına məhz qaçıb. İnformasiyaya əsasən, onu Rusiya hərbçilərinin təkrar emal üçün təhvil verilmiş tərli ayaq dolabları, "ətirli” alt paltarları və çirkli geyimləri ilə birlikdə sülhməramlılara məxsus yük maşınının kuzovunda Ermənistana aparıblar, oradan isə Ruben Moskvaya uçub.
 
Artıq demək olar ki, kimsə bir daha Vardanyanın, yaxud Vardanyan funksiyalı marioentin Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə üz-üzə qalacaq. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, "Kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır”. Amma Vardanyan kimilər Azərbaycan torpaqlarına başqa başqa məqsədlərlə, təxribatlar yaratmaq, Azərbaycanın suveren ərazilərində separatçılıq meyillərini gücləndirmək üçün göndərilir. Rəsmi Bakı bütün bunları görür və zamanında qəti mövqeyini nümayiş etdirərək, bu planları alt-üst edir, lazımi ünvanlara lazımi cavabları verir...
 
Qaynarinfo-ya açıqlamasında məsələyə toxunan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Xocalı qatili Ohanyanın ardınca paralel şəkildə Vardanyanın da neytrallaşdırılması prosesi gedir: 
 
 
"Ermənistan hakimiyyəti daxilində ciddi ixtilaflar mövcuddur. Eyni zamanda, Ermənistandakı hazırkı siyasi rejimlə onun yaratdığı qondarma rejimin tör-töküntüləri arasında ciddi ixtilaf və ziddiyyətlərin olması barədə məlumatlar elə Ermənistan mətbuatında da geniş yayılıb. Xüsusən də Paşinyanla Vardanyan arasında münasibətlərin yaxşı olmadığı və hər keçən gün daha da gərginləşdiyi barədə məlumatlar hər zaman səslənib. Çünki Vardanyan özünü təkcə qondarma rejimin naziri kimi təqdim etmirdi, faktiki olaraq özünü tör-töküntü rejimin birinci şəxsi kimi aparırdı. Onun uzağa gedən iddialarının olduğu da heç kimə sirr deyil. Hətta Moskvanın adamı kimi onun Ermənistanda hakimiyyətə gətiriləcəyi barədə proqnozlar da səslənirdi”. 
 
Deputatın fikrincə, buna görə də Paşinyan Vardanyana münasibətdə önləyici, priventiv addımlar taktikasını seçib:
 
"Ermənistan parlamentində bu ölkənin keçmiş müdafiə naziri, Xocalı soyqırımında əli qana batmış hərbi cinayətkar Sergey Ohanyanın deputat mandatının ləğv edilməsi məsələsi artıq həllini tapmaqdadır. Onun həbsi gözlənilir. Ohanyanın ardınca Vardanyanın neytrallaşdırılması prosesi də müşahidə edilir. Bu mülahizələrin təsdiqini tapması üçün xeyli səbəb və motivlər var. Paşinyan özünü mümkün fəlakətlərdən xilas etmək istəyir. Vardanyanla bağlı isə Nikol qabaqlayıcı addımlar atmaq istəyir”.
0