Prezident Türkiyə səfirliyinə getdi, başsağlığı verdi

SİYASƏT
14:53 / 08.02.2023
926

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

HİT.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

0