İcra Hakimiyyəti Şuşaya nə vaxt köçəcək?

SİYASƏT
13:35 / 26.02.2023
775

"Şuşa İcra Hakimiyyəti hazırda Bakıda fəaliyyətini davam etdirir".

"Report" xəbər verir ki, bunu Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıb:

"İcra Hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda cənab Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər".

B.Səfərov Şuşaya sonuncu dəfə nə zaman getməsi ilə bağlı sualı da cavablandırıb: "İstədiyim vaxt Şuşaya gedirəm. Sonuncu dəfə 3 ay əvvəl Şuşada olmuşam".

0