Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Bu barədə HİT.Az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.