PA Qarabağın erməni ictimaiyyətini Bakıda görüşə dəvət edir

11:19 / 13.03.2023
989

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Bu barədə HİT.Az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

0