İlham Əliyev yunan həmkarına məktubu göndərdi

SİYASƏT
11:14 / 25.03.2023
707

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya təbrik məktubu göndərib.

HİT.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram".

0