Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb.
Qurumdan HİT.az-a bildirilib ki, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparıblar.