Energetika naziri Pərviz Şahbazov martın 28-29-da Almaniyanın paytaxtı Berlində təşkil olunacaq "9-cu Berlin Enerji Keçidi Dialoqu" adlı beynəlxalq konfransda iştirak edəcək.
Bu barədə HİT.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, P. Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Berlinə səfər edib.
Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.