Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb

SİYASƏT
19:51 / 27.03.2023
778
DİGƏR ÖLKƏLƏR 27 Mart , 2023 19:48 Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb Netanyahu məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. Hit.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb. Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi. “Kan” qeyd edir ki, bunun müqabilində də Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək. Qeyd edək ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb. 600 mindən çox insan küçələrə axışıb.
0