Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

SİYASƏT
14:52 / 28.03.2023
608

“NATO üzvü olan Fransanın parlamentində əli qanlı PKK/YPG terror qruplaşması təmsilçilərinin qəbul edilməsi onun nüfuzuna kölgə salıb”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlik Fransa parlamentinin bu addımını NATO-dakı müttəfiqlik ruhuna zidd olduğunu vurğulayıb: “Bu addım həm də NATO-nun terrorizmlə mübarizəsini heçə endirir. Bütün hallarda Türkiyə Silahlı Qüvvələri bütün terror təşkilatlarına qarşı mübarizəni fasiləsiz davam etdirəcək”.

0