Qarabağda çalışan Türkiyə vətəndaşlarının prezident seçkilərində hansı qaydada səs verəcəkləri açıqlanıb

SİYASƏT
16:29 / 28.03.2023
622

"Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımızda səs verə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq.

Qarabağda çalışan Türkiyə vətəndaşları yaxınlarının yanına gedə və orada səs verə bilərlər. Bu zaman onlar çağrı mərkəzləri vasitəsilə harada qeydiyyatda olduqlarını dəqiqləşdirməlidirlər. Onlar Azərbaycanda qeydiyyatda olduqları təqdirdə, bu, mümkün olmayacaq".

Hit.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Səfir Azərbaycanda təhsil alan türk tələbələrin də seçkilərdə iştirakına toxunub. Bildirib ki, Qarabağ iqtisadi rayonunda çalışan mühəndislər, fəhlələrlə yanaşı, burada təhsil alan tələbələr də seçkilərdə iştirak edə bilərlər.

"2022-2023 təhsil ilində Bakıda 1588, Naxçıvanda 1287, Gəncədə isə 371 türk tələbənin təhsil aldığı məlumdur. Seçkilərdə iştirak üçün müraciətlər martın 20-dən aprelin 2-dək qəbul edilir", - deyə diplomat qeyd edib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

0