Fransa Qolodomoru soyqırımı kimi tanıyıb

SİYASƏT
22:32 / 28.03.2023
643
Bu gün, martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb. Bu barədə Hit.az Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadən xəbər verir. “Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və simvolikdir”, - deyə Zelenski bildirib. Prezident Fransanın Rusiyanın həm keçmişdə, həm də indiki cinayətlərinin ifşasına verdiyi güclü töhfəyə görə minnətdarlığını bildirib.
0