Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır

SİYASƏT
12:02 / 29.03.2023
688
ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Rusiyanın taktiki nüvə silahı hələ Belarus ərazisində yerləşdirilməyib, lakin bu planlarla bağlı bəyanatlardan narahatdır. Hit.az xəbər verir ki, Amerika lideri bu barədə Şimali Karolinadan Vaşinqtona qayıtdıqdan sonra jurnalistlərə deyib. Bayden Rusiya tərəfinin bununla bağlı açıqlamalarını hələ oxumadığını bildirib: “Təhlükəli haldır. Bu narahatlıq doğurur. Mən təyyarədə olarkən baş vermədiyi halda, hələ bunu etməyiblər”.
0