ABŞ-ın müdafiə naziri: “Gələcəkdə “F-16”nın Ukraynaya təhvil verilməsi mümkündür”

11:50 / 29.03.2023
671
“Gələcəkdə Ukrayna mütləq “F-16” qırıcıları və ya digər IV nəsil təyyarələri almalıdır, lakin indi tərəfdaşlar hava hücumundan müdafiə sistemlərinin, raketlərin və zirehli texnikanın ötürülməsinə diqqət yetirməlidirlər”. Hit.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib. “F16-ya gəlincə: əgər belə bir qərar verilərsə, o zaman onların təhvili təxminən 18 ay çəkəcək. Lakin bu, Ukrayna Silahlı Qüvvələrinə hərbi əməliyyatların hazırkı mərhələsində kömək etməyəcək. Ukraynalılar gələcəkdə nə vaxtsa belə qabiliyyətlərə sahib ola bilərlərmi? Hamımız düşünürük - bəli”- deyə, o bildirib
0