Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Hit.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın Mətbuat xidmətindən bildirilib.
Tərəflər Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesini və Laçın yolundakı durumu müzakirə ediblər.
Xatırladaq ki, N.Paşinyan və Ş.Mişel sonuncu dəfə 5 gün əvvəl, martın 25-də danışmışdılar.