ABŞ Ukraynaya 400 milyon dollar yardım edib

SİYASƏT
23:40 / 30.03.2023
323
ABŞ enerji sisteminin bərpası üçün Ukraynaya 400 milyon dollar ayırıb. Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yaydığı məlumatda deyilir. “ABŞ hökuməti USAID vasitəsilə Ukraynaya qış dövrü üçün, O cümlədən energetika sisteminin təmiri üçün avadanlıqlar, elektrik generatorları, istilik stansiyalarının dəstəyi və humanitar yardım üçün 400 milyon dollarlıq yardım ayırıb”, - Agentliyin yaydığı mətndə bildirilib.
0