Rusiyada saxlanılan amerikalı həbsxana xəstəxanasına köçürülüb

SİYASƏT
11:20 / 01.04.2023
380
Rusiyada həbs edilən amerikalı Pol Uilan koloniyadakı xəstəxanaya köçürülüb. Hit.az xəbər verir ki, bu barədə “İnterfaks”a onun qardaşı David bildirib. “Dünən o, gözlənilmədən valideynlərimizin zəngini buraxıb. Biz fikirləşdik ki, bəlkə də Pol 15 dəqiqəlik telefon vaxtından istifadə edərək ABŞ səfirliyinin əməkdaşları ilə əvvəlcədən planlaşdırılan zəngdə danışıb, lakin bu da baş vermədi. O, bu gün evə zəng etməyib. Mən indi bildim ki, o, bir neçə qeyri-rus məhbusla birlikdə həbsxana xəstəxanasına köçürülüb”-deyə, o bildirib. David qardaşının tezliklə ailəsi ilə əlaqə qura biləcəyinə ümid etdiyini bildirib. ABŞ, İrlandiya və Kanada vətəndaşı, həmçinin Böyük Britaniyanın subyekti olan Pol Uilan 2020-ci il iyunun 15-də Moskva Şəhər Məhkəməsi tərəfindən casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
0