Türkiyə Milli Müdafiə nazirliyi Danimarkada keçirilən anti-İslam aksiyasına etirazını bildirib

SİYASƏT
22:34 / 01.04.2023
584

Türkiyə Müdafiə Nazirliyi Danimarkada, Türkiyənin Kopenhagendəki səfirliyinin binası yaxınlığında Quran və Türkiyə bayrağının yandırılması ilə bağlı bəyanat yayıb. 

Türkiyə Müdafiə Nazirliyi Danimarkadakı anti-İslam kampaniyasını qınayıb və narahatlığını ifadə edib.

Qeyd edək ki, Quran kitabının yandırılmasını Danimarkanın ifrat sağçı millətçi “Patrioterne Gar Live” partiyası keçirib.

Aksiya zamanı millətçilər İslama, Türkiyəyə və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz şüarlar səsləndiriblər.

Aksiya hakimiyyətin icazəsi və polisin nəzarəti altında baş tutub.

0