KİV: Tramp 4 ilədək azadlıqdan məhrum edilə bilər

SİYASƏT
11:03 / 04.04.2023
581
Aprelin 4-də ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir. Hit.az xəbər verir ki, bu barədə “Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb. “Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, - mənbə bildirib. O qeyd edib ki, Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər.
0