İsveçin terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı rəsmi Ankaranın İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi üçün zəruri şərtdir.
Hit.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Tobias Billström ilə görüşdən sonra bildirib.
“İsveçli həmkarım ilə görüşdə ona NATO-ya üzv olmaq üçün atılması zəruri olan addımları xatırlatdım. Terrorizmlə mübarizədə nəticəyönümlü əməkdaşlıq mütləqdir”, - onun tviterdəki postunda deyilir.
Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan terror təşkilatları kimi tanıdığı kürd təşkilatlarını terrorçu elan etmələrini tələb edərək giriş prosesini əngəlləmişdi.