Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Hit.az Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun tviter səhifəsində etdiyi paylaşıma istinadən xəbər verir ki, Böyük Britaniya səfiri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkman ilə görüşüb.
"Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkman ilə Bakıda görüşməkdən məmnun oldum. Yüksək səviyyədə olan Böyük Britaniya və Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək üçün səmərəli müzakirə apardıq", - paylaşımda deyilir.