“Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı Türkiyəyə dəvət etmişəm”
Hit.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, aprelin 4-də ukraynalı həmkarı ilə ayaqüstü söhbət edib: “Bildiyiniz kimi, rusiyalı həmkarım Sergey Lavrov sabah Türkiyəyə səfər edəcək. Biz həmişə tərəflər arasında balanslı davranırıq. Ona görə Kulebanı da ölkəmizə dəvət etmişəm”.