“İsveçin NATO-ya üzvlük üçün atdığı addımlar hələ kifayət deyil”.
Hit.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO XİN başçılarının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İsveç bundan sonra da lazımi addımları atmalıdır: “Dünən İsveçdən olan həmkarımla danışdım və bunu onun diqqətinə çatdırdım. Bildirdim ki, terrorla mübarizə üçün məqsədyönlü əməkdaşlıq lazımdır”.