Ukrayna Krım məsələsi ilə bağlı diplomatik danışıqların mümkünlüyünü açıqlayıb

SİYASƏT
15:46 / 06.04.2023
629

“Krım məsələsində Rusiya ilə diplomatik danışıqlar mümkündür”.

Hit.az “RBK” Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin nümayəndəsi Andrey Sibiqa deyib.

O bildirib ki, Krımla bağlı Rusiya ilə danışıqların aparılması yarımadanın qaytarılması üçün mümkün variantlardan yalnız biridir: “Bizim məqsədimiz Krımın azad edilməsidir. Amma hərbi yol da istisna deyil. Diplomatik danışıqlar sadəcə variantlardan biridir”.

Prezident Ofisinin nümayəndəsi Ukraynanın heç bir ərazi güzəştə getməyəcəyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl rəsmi Kiyev indiki şəraitdə Rusiya ilə danışıqların istisna edildiyini bəyan edib.

0