Çin Sədri Si Cinpin ölkəsinin paytaxtı Pekində Avropa liderlərini qəbul etməklə Qərb ölkələri arasında parçalanma yaratmağa çalışır.
Hit.az xəbər verir ki, bu fikir Britaniyanın “The Daily Telegraph” və “Financial Times” nəşrlərinin Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Çinə səfərinin birinci gününün yekunlarına dair cümə axşamı dərc olunan materiallarında deyilib.
“Prezident Si ABŞ və Aİ arasını vurmağa çalışır, çünki Çin nöqteyi-nəzərindən Avropa ilə hələ də hesablaşmaq lazımdır”, - ABŞ prezidentləri Corc Buş və Barak Obamanın keçmiş müşaviri Pol Henli “Financial Times”a bildirib.
Onun sözlərinə görə, Pekində hər iki lider Çinə doğru kurs təyin etmək üçün strateji muxtariyyət tətbiq etməyə və “Amerikanı kor-koranə izləməməyə” çağırılacaq.