Nizami Cəfərov: “İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”

SİYASƏT
15:54 / 07.04.2023
479

“Azərbaycan öz ərazi bütövlüyünü itirəndə də İranın mövqeyini bilirdik. Bu barədə çox da dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”.

Hit.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov parlamentin aprelin 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Necə ki, 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozub, indi də həmin xüsusiyyətlərini də davam etdirir. İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər islama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə islam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərə davam etməklə baş verir. Azərbaycan parlamentindən İran nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın, biz sizdən bunu istəyirik”.

0