Çexiyada Rusiyaya dəstəklə bağlı 100-ə yaxın cinayət işi açılıb

SİYASƏT
22:41 / 09.04.2023
480
Çexiya polisi hərəkətləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək ifadəsi kimi şərh edilə bilən vətəndaşlara qarşı 95 cinayət işi açıb. Hit.az xəbər verir ki, bu barədə “Irozhlas.cz” nəşri məlumat yayıb. Qeyd olunub ki, 65 iş üzrə Çexiya vətəndaşlarına qarşı ittiham irəli sürülüb. Çexiya polisinin sözçüsü Ondrey Moravçik 100-ə yaxın cinayət işi ilə bağlı vəziyyəti lakonik şərh edib: “Bu hallarda biz cinayətin törədildiyini bilirik”. Çexiya sakinlərinə qarşı aparılan istintaq hərəkətləri ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
0