Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Türkiyənin yeni "Togg T10X" elektromobilini alacaq.
Hit.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı deyib.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
"Togg" artıq ölkənin yollarında hərəkət edir. Onlardan birini qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdik", - o deyib.
Ərdoğan əlavə edib ki, il ərzində ölkə vətəndaşları üçün bu maşınlardan 20 min ədəd istehsal etmək planlaşdırılır.
Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.