Nazir: "Bu gün dünyanın Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana ehtiyacı var"

SİYASƏT
14:18 / 11.04.2023
602

"Bu gün dünyanın Türkiyəyə, Prezident Rəcəb Tayyib Ərdoğana ehtiyacı var".

Hit.az "A Haber"ə istinadən xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

Onun sözlərinə görə, hazırda Türkiyənin əsas qida məhsulları ilə bağlı çətinliyi yoxdur: "Ümumiyyətlə, Türkiyənin istehsalı təkcə özü üçün deyil. Bizim qida məhsullarımızdan həm də başqa ölkələr istifadə edir. Yeri gəlmişkən deyim ki, Ukraynadakı "Taxıl dəhlizi" təkcə taxıl yox, həm də qida təhlükəsizliyi dəhlizidir. Bu isə Türkiyənin sayəsində mümkün olub. Biz bu gün hər kəslə danışa bilən dövlətik. Bəlkə də, qarşıdakı seçkiləri daha da əhəmiyyətli edən budur".

Nazir bildirib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bu gün elan olunacaq seçki bəyannaməsində kənd təsərrüfatı ilə bağlı xüsusi müddəlar də var: "Ələlxüsus, gənclərin kənd təsərrüfatı sahəsindəki roluna toxunulub. Biz bu sahədə gənclərə, onların əməyinə xüsusi yer veririk”.

V.Kirişçi həmçinin vurğulayıb ki, Türkiyə su qıtlığı təhlükəsi ilə bağlı alternativ addımlar atır: "Artıq yeni suvarma sistemlərinə ehtiyac var. Yəqin ki, qarşıdakı 5 il ərzində bütün Türkiyədə yeni suvarma sistemindən istifadə olunacaq".

Xatırladaq ki, bu gün “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğanın lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası seçki bəyannaməsini açıqlayacaq.

0