Ukraynanın Baş naziri Denis Şmıqal Kanadaya işgüzar səfərə gedib.
Hit.az xəbər verir ki, o, bu barədə teleqramda yazıb.
D.Şmıqal Kanadada həmkarı Castin Trüdo və baş nazirin müavini Kristia Frilandla görüşəcək.
Ukraynanın Baş nazirinin daha sonra ABŞ-a gedəcəyi və burada bir sıra rəsmi şəxslərlə görüşəcəyi nəzərdə tutulub.
"Biz dövlətimizin makro-maliyyə və iqtisadi sabitliyini gücləndirmək üçün yeni razılaşmalar və sazişlər hazırlayırıq", - baş nazir bildirib.