Azərbaycan bayrağını yandıran erməni sərbəst buraxıldı - YENİLƏNİB

SİYASƏT
10:00 / 15.04.2023
795

Ağır atletika üzrə Avropa çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağını yandırdığı üçün polisə aparılan və barəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlandığı bildirilən erməni gecə yarısı sərbəst buraxılıb.

Bununla bağlı barbarlıq nümayiş etdirən dizayner Aram Nikolyanın vəkil Aleksandr Koçubayev açıqlama verib.

Yayılan kadrlardan görünür ki, ermənilər beynəlxalq yarışlarda barbar əməlini bütün dünyaya nümayiş etdirən Nikolyanı az qala "qəhrəman” kimi qarşılayıblar.

Qeyd edək ki, sözügedən tədbirdə baş nazir Nikol Paşinyan da iştirak edirdi. /Musavat.com


09:07

Ermənistanda keçiriliən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan polis şöbəsinə aparılıb.

Bu barədə onun vəkili Aleksandr Koçubayev sosial şəbəkədə məlumat verib.

“Nikolyan Malatiya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb”, - deyə Koçubayev bildirib.
Xatırladaq ki, İdman-Konsert Kompleksində keçirilən təntənəli mərasimdə erməni təxribatçı bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Mənbə: “Sputnik” Ermənistan

0