Azərbaycandan üzr istəyən Ağazaryan hədəfdə

SİYASƏT
20:15 / 17.04.2023
722

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ovik Ağazaryanın Azərbaycandan üzr istəməsi erməniləri qəzəbləndirib.

Teleqraf.com xəbər verir ki, siyasətçi sosial şəbəkələrdə “şəxsi yazışmalarda bir sıra izləyicilərini söymək”də ittiham olunur.

Azərbaycana ünvanlanmış üzr mesajından sonra sosial şəbəkələrdə Ağazaryanın “şəxsi yazışmalarının skrinşotları” peyda olub. İddiaya görə, hakim fraksiyanın deputatı ona məktub yazan bir sıra istifadəçiləri söyüb.

Ovik Ağazaryan isə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib:

“Bir neçə saatdır dostlarım mənə zəng edir, nə baş verdiyini soruşurlar, onlardan eşitmişəm. Həftə sonu səhifəmə daxil olmamışam, Postun (Azərbaycana üzr mesajı) mənim olduğunu inkar etmirəm, amma messencerdən istifadə etməmişəm. Ola bilsin ki, kimsə mənim messencerimdən istifadə edib, ola bilsin, səhifəmə qanunsuz giriş ediblər, köməkçimdən parolu dəyişməyi xahiş etmişəm”.

Xüsusilə Ağazaryanın “vəhşi və adamyeyən tayfalara xas təzahürləri xalqımdan tamamilə silmədiyimə görə” ifadəsi erməniləri özündən çıxarıb. Mesaj yayılandan bəri deputat ermənilər tərəfindən təhdid və təhqir olunur. Ağazaryanı hədəfə alan ermənilər İrəvanda keçirilən beynəlxalq tədbirdə Azərbaycan bayrağının yandırılmasına, yəni dünyanın etiraz etdiyi barbarlığa haqq qazandırırlar. Deputatın bu səbəbdən hədəfə alındığına isə şübhə yoxdur. Bu, bir daha öz murdar xislətlərini dünyaya “qəhrəmanlıq” kimi sırımağa çalışan ermənilərin sülh və mehriban qonşuluq istəmədiklərinin göstəricisi, Ağazaryanın dediyi kimi, vəhşi və adamyeyən tayfalara xas barbarlıqlarının təzahürləridir.

Ağazaryan aprelin 14-də ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib.

“Bütün sivil beynəlxalq ictimaiyyətdən üzr istəyirəm. Çünki bir vətəndaş və deputat kimi xalqımdan vəhşi və adamyeyən tayfalara xas olan təzahürləri tamamilə silmək üçün əlimdən gələni etməmişəm. Ayıb olsun mənə”.

0