Fransanın xarici işlər naziri Azərbaycana gəlir

SİYASƏT
09:11 / 25.04.2023
685

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycana gəlir.

HİT.Az Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir aprelin 26-28-də Azərbaycanda və Ermənistana səfər edəcək.  

XİN başçısı Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. O, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək.

Nazir İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək.

Aprelin 28-də isə Katrin Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.

0