Partiya sədri əfv olundu

10:09 / 08.05.2023
509

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. 

Qsayanrinfo xəbər verir ki, Prezidentin sərəncamı ilə əfv olunanlar siyahısında Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev də var. 

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

0