Deputat əfv sərəncamını alqışladı: "Bundan sonra da davam edəcək"

SİYASƏT
15:52 / 08.05.2023
696

"Şübhəsiz ki, hər əfv bir ailə üçün bir sevincdir, hər bir vətəndaş üçün isə yeni bir başlanğıcdır. Ona görə də bu gün insanlara şans vermək lazımdır ki, onlar yol verdiyi səhvləri düzəltsinlər”. 

Bu sözləri HİT.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Hikmət Babaoğlu bildirb ki, hüquqi baxımından bunun izah edilməsi bir az çətin olsa da, şübhəsiz ki, cəmiyyət münasibətləri, cəmiyyət-dövlət münasibətləri, hüquqi məzmunla bərabər, həm də humanitar məzmun kəsb edir:

“Azərbaycan əfv ənənəsini yaradan Heydər Əliyev olub. İctimai təhlükə törətməyəcək qədər az cinayətlər törətmiş və yaxud əfv sərəncamının tələblərinə uyğun olan hüquq pozuntularına yol vermiş vətəndaşlarımızın kütləvi şəkildə əfv olunması Ulu Öndər Heydər Əliyev tərəfinədən vaxtaşırı həyata keçirlib. Bu gün də bir ənənə halını alıb. Təsadüfi deyil ki, məhz Ulu Öndərin 100 illiyində ölkəmizdə bu günə qədər keçirilmiş say etibarı ilə ən çox sayda məhkumun azadlığa buraxılması və yaxud onların cəzalarının azaldılması məhz onun yaratdığı ənənənin davamıdır. 

Azərbaycan humanitar hüququn verdiyi bütün imkanlardan istifadə etməklə bu cür fərmanlarla vətəndaşlara yeni həyata başlamaq üçün imkan yaradır. Düşünürəm ki, bu ənənə Azərbaycan Prezidentinin hüquqa humanist yanaşması nəticəsində bunda sonra da davam edəcək”.

Samir

0