Paşinyan Brüsseldə razılaşıb: bu kəndlər qaytarılacaq

SİYASƏT
23:23 / 16.05.2023
673

Brüsseldə üçtərəfli görüşün yekunu olaraq, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanımaq prinsipinə sadiqliyini təsdiqləyiblər: razılaşmada Ermənistanın 29,800, Azəbaycanın 86,600 kvadratkilometr ərazisi qeyd olunur;

Publika.az xəbər verir ki, Brüssel razılaşmasından sonra əsas sual işğal altındakı 8 kəndin Ermənistanın dediyi 29,800 kv.km əraziyə daxil olub-olmamasıdır.

“Hraparak” nəşri erməni mütəxəssislərinə istinadən yazır ki, Ermənistanın 29,800 kv.km ərazisi Sovet Ermənistanının ərazisidir və bura Azərbaycana məxsus anklavlar – Kərki kəndi və Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli) – daxil deyil.

Qeyd edək ki, Kərki kəndi və Qazaxın 7 kəndindən üçü – Sofulu, Yuxarı Əskipara və Bərxudarlı Ermənistan tərəfdə qalan Azərbaycan esklavıdır. Bu ərazilər Ermənistan üçün anklav sayılır. Digər kəndlər - Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara və Xeyrimli sərhədimizə birləşik olsa da, işğal altındadır. Sərhədin delimitasiyası prosesinə bu kəndlərin taleyinin həll edilməsi də daxil edilib.

“Hraparak” nəşri bu kəndlərin Azərbaycana qaytarılması prosesinin necə baş verəcəyini Ermənistanın keçmiş baş naziri Hrant Baqratyandan soruşub.

H.Baqratyan bildirib ki, Ermənistanda 4 anklav (Kərki, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) var: “Onların ümumi ərazisi 30 kvadratkilometrə yaxındır. Ən böyük anklav Kərkidir”.

Məlumatlara görə, Brüsseldə bu məsələlər müzakirə olunub və tərəflər həmin ərazilərin qaytarılmasının delimitasiya prosesində həyata keçirilməsi razılığını əldə ediblər.

0