Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.
HİT.Az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
İmanqali Tasmaqambetov qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müntəzəm danışıqlar aparılır və bu yaxınlarda Avropada növbəti raund baş tutub.
"Qeyd edilib ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır", deyə KTMT-nin baş katibi deyib.
MDB-nin yaradılması ilə bağlı bu sənəddə qeyd edilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı inzibati sərhədlər əsasında qurulacaq.
"Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Və bundan sonra ölkələr sərhədin delimitasiyasına başlayacaqlar", Tasmaqambetov əlavə edib.
Samir