Moskva görüşündən gözləntilər nələrdir?

SİYASƏT
17:07 / 18.05.2023
969

Sabah Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasındakı görüşdən çıxacaq nəticələr ilə maraqla gözlənilir. Xüsusilə, Vaşinqton və Brüssel görüşlərinin ardından Moskvada baş tutacaq bu görüşdə də sülhə doğru daha bir addım atıla biləcəyi proqnozlaşdırılır.

Ümumiyyətlə, sabahkı görüşdən gözləntilər nələrdir?

Politoloq Tural İsmayılov HİT.az-a açıqlamasında bildirib ki, bu görüşdən böyük gözləntilərimiz var:

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

"Hesab edirik ki, Brüssel və Vaşinqtondakı görüşlərdən fərqli olaraq Rusiyadakı görüşlər daha çox inkişafa xidmət etməlidir. Həmçinin, Rusiyadakı görüşlərdən məntiqi yekunlar və nəticələr əldə edilməlidir. Təəssüflər olsun ki, rəsmi Moskva Qərbdəki görüşlərə qarşı qısqanc mövqe ortaya qoysa da, özünün moderatorluğu ilə keçirilən görüşlərdə hansısa müsbət dəyişikliklərə səbəb olmayıb. Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə əsas gözləntimiz sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Ermənistana təzyiq imkanlarının genişləndirilməsidir".

Politoloq vurğulayıb ki, iki ölkə arasında real sülhün əldə edilməsi üçün Rusiyanın həqiqi və səmimi mövqe ortaya qoymağı lazımdır:

"Həmçinin, Xankəndi və ətrafında müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının separatçıları ilə məsafəli olması məsələsi qaldırılmalıdır. Çünki rus sülhməramlıları bu gün Azərbaycan ərazisində erməni separatçılığının bitməsində maraqlı deyil. Bunu da açıq-aydın nümayiş etdirirlər. Düşünürəm ki, Moskva görüşü artıq Azərbaycanın yeni şərtlər və diqtə imkanları da genişləndirəcək. Eyni zamanda, Vaşinqton və Brüsselin moderatorluğunun genişləndirilməsi Moskvanın daha effektiv və işlək mexanizmlə işləməyinə səbəb ola bilər".

Pərviz

0